"Mən 6-cı sinfə qədər təhsil ala bildim. 15 yaşında isə ailə qurmuşam. Atamın qohumu idi deyə, bu evliliyə razılıq verdi. Bir sözlə, atamın təkidi ilə ailə həyatı qurdum. 7 il ailəli oldum. Gözümü açıb, yumdum, ilk övladım dünyaya gəldi. 17 yaşda ana oldum. Onun arxasıyca daha bir övladım oldu. Əslində, həyatımı onlara sərf etdim".
BUTA.TV Bizim.media-ya istinadla xəbər verir ki, bu barədə müğənni Nəfəs qonaq olduğu "Xəzər axşamı" verilişində danışıb. O bildirib: "Atam həyatda olsaydı, bunları mənə etdiyinə görə, yəgin ki onunla söhbət edərdim. Nikahım da olmadı. Artıq toyum olandan sonra qərar güvvəyə mindi (erkən evliliyi nəzərdə tutur - red.). Onda da artıq keçmiş ərim hərbi xidmətə getmişdi. Yəni ailə qurduğumdan 2 ay sonra keçmiş həyat yoldaşım hərbi xidmətə yollandı.
Universiteti bitirmişdi deyə, hərbi xidmətdən möhləti vardı. Hərbi xidmətə gec getdi. Qayınana-qayınata yanında bir il oturub onu gözlədim. O gələndə artıq ilk övladımız dünyaya gəlmişdi. İmkanımız o zamanlar yaxşı deyildi. Ona görə də valideynlərim məktəbin üzərinə çox düşmədi. Çünki təhsil ala bilmirdim. Bilmirəm, bütün bunlar necə oldu...
Bu mövzu həssas nöqtəmdir. Hər zaman bu barədə danışanda çox pis oluram. Erkən ailə qurmaqla həyatım məhv oldu. Sadəcə, şükür edirəm ki, o evlilikdən 2 gözəl övladım var. Onlarla bərabər özüm də böyüyüb bir-birimizə dəstəyik.
Ərimdən valideynlərinə görə ayrıldım. 15 yaşımda heç mənim sevməyə belə zamanım yox idi. Çünki çox tez bir zamanda bu məsələlər baş verdi. Bir ay müddətində elçilik, xına mərasimi, toy... Hər bir şey oldu. 6-cı sinifdən bəri artıq məktəbə getmədim".
- İrandan 100 min insan Azərbaycana qaça bilər
- Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi
- Papikyan sərhədimizə gəldi - Foto
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...