Xaçmazın Nabran kəndində baş verən davada güllə yarası alan və bıçaqlananlar var.
BUTA.TV Report-a istinadən xəbər verir ki, rayonun Şimali kənd sakini - 1978-ci il təvəllüdlü Ramik Ramiz oğlu Rüstəmov Nabran kəndi ərazisində Cami Nizam oğlu Zalov ilə qarşılıqlı mübahisə zamanı çoxsaylı bıçaq xəsarəti və ayaq nahiyəsindən silah yarası alıb.
Hadisənin digər iştirakçısı olan və onları ayırmağa çalışan rayonun Yalama kənd sakini - 1978-ci il təvəllüdlü Şöhrət Gülmət oğlu Şıxmətov isə qol nahiyəsindən bıçaq xəsarətləri alıb. Yaralılar təcilli tibbi yardım briqadası ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən C.Zalovun saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir.
Hadisənin başvermə səbəbi məlum deyil. Faktla bağlı araşdırma aparılır.
- Bakıda əməliyyat: qadın saxlanıldı - Vİdeo
- Kanalda batan Aminin - Fotoları
- 16 yaşlı qız evində ölü tapıldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
- Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
- İşlədiyi evdən 10 min manat oğurlayan şəxs saxlanıldı
- “Prezident İlham Əliyev müharibəni, həm də sülhü qazandı!” - Video
- Hava xəbərdarlığı: 41 dərəcə isti olacaq!