Son günlər müğənni Əli Mirəliyev televiziya efirində yaratdığı səs-küy, bayağı çıxışları ilə izləyicilərin tənqid hədəfinə çevrilib.
BUTA.TV xəbər verir ki, sosial şəbəkələrdə linç edilən müğənni bir neçə gündür, həmkarı Roza Zərgərli barədə səsləndirdiyi fikirlərə görə də tənqid olunur. “Künc-bucaq” layihəsinin qonağı olan Ə. Mirəliyev müsahibəsində “Roza mənim həyatımdır, o olan yerdə mən danışmıram, “pas” gedirəm”, o danışanda mən ürəyimdə onun qadasını alıram” sözlərini deyib. Ə.Mirəliyevi tənqid edənlər onun hay-küy salmaqla qəsdən şou yaratdığını, efirlərə çıxmasına zərurət olmadığını deyirlər.
Müğənni bununla bağlı deyib: “Roza Zərgərli ilə şou yaratmıram. Roza Zərgərli mənim çox istədiyim xanımdır. Roza mənim həyatımdır, sevdiyim insandır, əziz dostumdur. Mən şoumenəm ki şou yaradım? Bunu deyənlərin başı yaxşı işləmir. Oxuya bilməyən “Elgizlə izlə”verilişinə gəlir, görürəm ki, zəif oxuyur. Sadəcə, oxuya bilməyənə deyirəm ki, oxuya bilmir. Bunun nəyi şoudur? Bəyəm kiminsə ailə işinə qarışıram?”.
- Bir ayda 200-dən çox şəxs adını dəyişdirdi
- Leyla Əliyeva İbrahim Ailə Evini ziyarət etdi
- DİN yayılan görüntülərə aydınlıq gətirdi
- Tanınmış şairlər məmurların önündə buna görə alçalır
- Epşteyn sənədlərində adı 4 dəfə çəkilən rayonumuz hansıdır?
- Leyla Əliyeva Əbu-Dabidə Zarqa Yaftalı ilə görüşdü
- Atasını öldürən 15 yaşlı qız ev dustaqlığına buraxıldı
- Kamran Əliyev yeni rəis təyin etdi