Bayden və Szinpin bu məsələləri müzakirə edəcək

23:00 - 10 Noyabr 2023 - GÜNDƏM

 Bayden və Szinpin bu məsələləri müzakirə edəcək

ABŞ Prezidenti Co Baydenlə Çin Sədri Si Szinpin arasında keçiriləcək görüşdə müzakirə ediləcək məsələlər açıqlanıb.

BUTA.TV xəbər verir ki, bu barədə "Finənşl Tayms" nəşri məlumat dərc edib.

Məlumata görə, danışıqların əsas mövzusu Çinin ötən il Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra dayandırılan hərbi rabitə kanallarının bərpası olacaq.

Liderlər ayrıca Tayvan ətrafındakı vəziyyəti müzakirə edəcəklər.

Nəşrin məlumatına görə, Bayden Çinin ada ətrafında təhlükəli və təxribat xarakterli hərbi fəaliyyəti ilə bağlı Szinpinə narahatlığını bildirəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Szinpin noyabrın 15-də San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ikitərəfli danışıqlar aparmağı planlaşdırır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol