Qəzzada atəşkəsə mane olan ABŞ-dır - Rəisi

12:48 - 11 Noyabr 2023 - GÜNDƏM

 Qəzzada atəşkəsə mane olan ABŞ-dır - Rəisi

Qəzzada atəşkəsə mane olan və müharibəni genişləndirən ABŞ-dır.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanında keçirilən iclasına yola düşməmişdən əvvəl Tehranın hava limanında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ABŞ-ın hərəkətləri ilə sözləri üst-üstə düşmür:

“Bu dövlət deyir ki, müharibənin genişlənməsini istəmir. Bu məqsədlə İrana və digər ölkələrə mesaj göndərir. Lakin bu bəyanatlar rəsmi Vaşinqtonun hərəkətləri ilə uzlaşmır. ABŞ-ın əsl üzünü hər kəs görməlidir”.

İ.Rəisinin sözlərinə görə, Qəzza barədə danışmaq yox, hərəkətə keçmək lazımdır: “Bu gün müsəlman dövlətlərinin birliyi çox vacibdir”.

Xatırladaq ki, bu il oktyabrın 7-də İsraillə HƏMAS arasında müharibə başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS məhv edilənə qədər savaşın davam edəcəyini söyləyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol