Avtomobildən qopan təkər kişini öldürdü

13:40 - 11 Noyabr 2023 - GÜNDƏM

 Avtomobildən qopan təkər kişini öldürdü

Ağdaşda yük avtomobilindən qopan təkər Bərdə sakininə dəyərək onu öldürüb.

Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan BUTA.TV-a verilən məlumata görə, hadisə rayonun Ləki qəsəbəsinin girişində qeydə alınıb.

Belə ki, yük avtomobilinin təkəri çıxaraq yanacaqdoldurma məntəqəsində dayanan Bərdə rayon sakini 1983-cü il təvəllüdlü Aqil Aydın oğlu Hümbətova dəyib və o, aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol