Müharibələr hər zaman bəşəriyyət üçün məğlubiyyətdir. Heç bir müharibə insan itkisinə dəyməz.
BUTA.TV xəbər verir ki, bu sözləri Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk deyib. Roma Papası dünyanın müxtəlif yerlərində münaqişələrin dayandırılmasına çağırış edib. Bildirib ki, dialoq və əməkdaşlıq münaqişələri həll etmək üçün yeganə vasitədir.
O, müxtəlif münaqişə meydanlarında raketlər və hücumların sülhə olan ehtiyaca heç bir töhfə vermədiyin deyib:
“Müharibələr həmişə bəşəriyyət üçün məğlubiyyətdir. Heç bir münaqişə öz övladının şikəst və ya öldürüldüyünü görən ananın göz yaşına dəyməz. Müharibə vətənlərini tərk etməyə məcbur olanların çarəsizliyidir. Silahları susdurun. Bu ölüm alətlərinin istehsalını və ticarətini yenidən nəzərdən keçirin”.
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı