Tanınmış müğənni, qarmon ifaçısı Hüseyn Bakılı (Hüseynəli Həsənov) vəfat edib.
BUTA.TV xəbər verir ki, bu barədə teleaparıcı Hacı Nuran Hüseynov Feysbuk hesabında yazıb.
"Bu gün Azərbaycan qarmon ifaçılığında özünəməxsus xidmətləri olan Hüseyn Bakılı vəfat edib. Bakını o qədər sevirdi ki, ləqəbində də onun adını daşıyırdı. Qarmonu qədər ona sadiq olan dostu yox idi. Düz 50 il dostluq etdi onlar. Onu həmişə sağlam, gümrah görmüşdüm. Elə doğmaları da, yaxınları da onun heç bir xəstəliyi barədə eşitməmişdilər. Ruhun şad olsun, gözəl insan", - paylaşımda deyilib.
- Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - Video
- İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında...
- Prezident açılışda - Fotolar
- Kartlara limit qoyuldu: ABA-dan açıqlama
- Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq öldü
- Sabiq nazir Tovuzda dəfn edildi - Foto
- Azərbaycanda yay fəsli oktyabra qədər uzana bilər
- İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı