Alimlər gündə on min addım atmağın faydalarını təkzib ediblər. Belə ki, gündə cəmi 2 600 addım ürək xəstəliyi riskinizi əhəmiyyətli dərəcədə azalda bilər.
Tədqiqat European Journal of Preventive Cardiology (EJPC) jurnalında dərc olunub. Alimlər atılan addımların sayı ilə ürək-damar riski arasındakı əlaqəni qiymətləndirən əvvəlki 12 tədqiqatın nəticələrini təhlil ediblər.
Tədqiqatda ümumilikdə 111 mindən çox insan iştirak edib. Təhlillər müəyyən edib ki, gündə cəmi 2 517 addım yerimək bütün səbəblərdən ölümriskini 8%, 2 735 addım isə bütün səbəblərdən ölüm riskini 11% azaldır.
Nəticələr gündə 10.000 addım atmaq çətinliyindən qorxan insanlar üçün ümidverici ola bilər. Ən böyük fayda gündə 8 763 addım atmaqdır. Belə ki, bu sayda addımlamaq ürək-damar xəstəliklərindən ölüm riskini 60% azaldır. Qeyd olunub ki, addımların sayının daha da artması əlavə fayda vermir.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
- Bağçalara növbəyə yazılma dayandırılır
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu
- AEM-dən xəbərdarlıq: Bu məlumatlar saxtadır - Foto
- Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
- Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - Video