2022-ci ilin fevralından bəri 70 minə yaxın ukraynalı hərbçi həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə “Ekonimist” nəşri amerikalı məmurlara istinadla məlumat yayıb.
“Amerikalı rəsmilərin məlumatlarına əsasən, müharibədə azı 70 min ukraynalı hərbçi həlak olub, 120 min nəfər isə yaralanıb. Müharibə saysız-hesabsız ukraynalının həyatını alt-üst etməklə yanaşı, həm də əmək bazarına təsir edib. Rusiyanın Ukraynaya hücumu zamanı təxminən bir gecədə 4,8 milyon insan işini itirdi. 2022-ci ilin yazında 30 faiz olan işsizliyin səviyyəsi bu ilin oktyabrında 18,4%-ə düşsə də, hələ də müharibədən əvvəlki səviyyədən xeyli yüksəkdir. Aparılan sorğulardan birinin nəticələrinə əsasən, ukraynalıların 17 faizi peşələrini dəyişiblər. 100 minlərlə insan isə orduya çağırılıb”, - məlumatda qeyd olunub.
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
- Bağçalara növbəyə yazılma dayandırılır
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu
- AEM-dən xəbərdarlıq: Bu məlumatlar saxtadır - Foto
- Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
- Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - Video