Noyabrın 13-də vəfat edən ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıb.
BUTA.TV xəbər verir ki, dəfn mərasimində müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi və Müdafiə Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. M.Sarıyev son mənzilə yola salınıb, məzarı üzərinə əklil və gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Tabut üzərindəki üçrəngli Azərbaycan Bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Mərasimdə M.Sarıyevin həyat və xidmət yolu haqqında danışılıb. Qeyd olunub ki, o vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif orden və medallara layiq görülüb.
Vurğulanıb ki, general-mayor M.Sarıyevin xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq.
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu
- Bağçalara növbəyə yazılma dayandırılır
- Azərbaycanda vəzifəli şəxslər həbs olundu
- AEM-dən xəbərdarlıq: Bu məlumatlar saxtadır - Foto
- Kartdan karta köçürmələrə qoyulan limitlə bağlı - Açıqlama
- Bakıda dəhşət: Maşınlar torpağın altında qaldı - Video