Yevlaxda öldürülən şəxs 5-ci sinif şagirdinə hədiyyələr verib, daha sonra onu hədələyirmiş.
Bu fikirləri "Unikal"a 32 yaşlı Əhməd Nəsibovun qətli ilə bağlı hadisəni törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Saleh Əliyevin bacısı Gülnar Məmmədova deyib. O bildirib ki, hər şey Əhməd Nəsibovun uşağa papaq hədiyyə etməsindən sonra başlayıb. Uşağın nənəsi həmin şəxsin yaşadığı ünvana gedərək Əhməd və anası ilə görüşüb, onların nəvəsindən uzaq durmalarını tələb edib.
Buna baxmayaraq, Əhməd Nəsibov yenidən uşağın qarşısını kəsərək ona cipsi verib və kəmər də hədiyyə edəcəyini deyib. Ailə Əhməd Nəsibovdan polisə şikayət edib. Bu dəfə Əhməd yenidən uşağın qarşısını kəsərək ona pul verib, ardınca boğazına bıçaq dirəyərək bu barədə evdə heç kimə məlumat verməməsini deyib və onu hədələyib.
Uşağın atası Əhmədlə görüşüb və bu hərəkətlərinə son qoymasını tələb edib. Uşağın dayısı Saleh Əliyev isə hadisədən xəbər tutan kimi Əhməd Nəsibovu taparaq onu odlu silahla qətl edib.
Qeyd edək ki, Saleh Əliyev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşıdır.
- Sensasion həbslər gözlənilir, gözlərinin yaşına baxmayacaqlar
- Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı
- Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi
- Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
- Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan
- Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər
- Mehdiyev işdən çıxandan sonra “prezident otağına” niyə qayıdıb?