Xaricdən sifariş etdiyimiz bağlamalar bəzən aylarla vətəndaşa çatdırılmır. Bu zaman itmiş bağlamalara görə kimin məsuliyyət daşıdığı vətəndaşların əsas maraq dairəsindədir.
Məsələ ilə bağlı BUTA.TV-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, itən bağlamalara görə məsuliyyət ya karqo, ya da sığorta şirkətinin üzərinə düşür:
“Bu, sifariş zamanı karqo şirkətinin saytda qeyd etdiyi müqavilələrdən asılıdır. Ya həmin itən bağlamalar sığortalanır və sığorta şirkəti tərəfindən ödənilir, ya da çatdırılma şirkəti məsuliyyəti öz üzərinə götürür və itən bağlamanın məbləğini ödəyir. Bu məsələ heç bir halda vətəndaşın məsuliyyətində qalmamalıdır”.
Natiq Cəfərli vətəndaşları xaricdən mal sifariş verərkən diqqətli olmağa çağırıb:
“Vətəndaşlar karqo şirkətləri vasitəsilə sifariş verərkən, onlayn formada təqdim olunan müqavilələrin şərtlərini diqqətlə oxuyub sonra təsdiq etməlidirlər. Lakin bəziləri buna fikir vermir. Belə hallarda bağlamayla bağlı hansısa bir problem olduqda vətəndaş istəmədiyi halda çarəsiz vəziyyətdə qalır”.
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi
- Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi
- Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video
- Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto
- Prezident və xanımı Xankəndidədir
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?