Fransanın Ermənistana hərbi texnika göndərməsi narahatlıq üçün əsas versə də, Azərbaycan üçün müəyyən imkanlar da açır.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloq Azərbaycanın da eyni məntiqdən çıxış edərək AB ölkələrindən silah-sursat və hərbi texnika ala biləcəyini bildirib:
“Avropa ölkələri, o cümlədən Fransa Birinci Qarabağ müharibəsi dövründən etibarən Azərbaycana və Ermənistana silah və hərbi texnika satmamaq barədə ümumi qərar verib. Fransa Ermənistana hərbi texnika göndərməklə embarqo qərarından çıxmış oldu. Belə olan halda digər Avropa dövlətləri rahatlıqla Azərbaycana hərbi texnika və silah sata bilərlər. Misal üçün Azərbaycan Müdafiə Nazirliyi bir müddətdir İtlaiya ilə danışıqlar aparır, bu ölkənin hərbi təyyarələrinə marağımız var. Elə Birləşmiş Ərəb Əmirliklərində keçirilən "Dubai Airshow 2023" beynəlxalq sərgisində iştirak edən Azərbaycanın müdafiə naziri Zakir Həsənov italiyalı həmkarı ilə görüşərək, iki ölkə arasında hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Azərbaycanın Avropadakı əsas ticarət tərəfdaşı İtaliyadır. Bu ölkə Parisə boylanmadan Azərbaycana hərbi texnika sata bilər. Avropanın digər dövlətlərinin, o cümlədən Azərbaycanla strateji tərəfdaşlığı olan Polşa və Çexiyanın da ölkəmizə silah satması mümkündür”.
- Ərdoğan İlham Əliyevi təbrik etdi
- İsrail prezidenti İlham Əliyevə zəng etdi
- Putinin Əliyevə zəng etməsi... - Kremlin şərhi
- Emin Ağalarov Prezidenti belə təbrik etdi - Video
- Müharibəyə göndərilən 3 azərbaycanlı itkin düşdü - Foto
- Prezident və xanımı Xankəndidədir
- Azərbaycanda “böyrək çıxaran”ı Qazaxıstan həbs etdi
- Türkiyədə Baş Qərargah rəisinin təyyarəsini hansı ölkə vurub?