Hazırda Ermənistanda olan keçmiş qondarma rejimin “lideri” Samvel Şahramanyan Ermənistanın baş prokuroru Anna Vardapetyana məktub yazıb.
BUTA.TV Globalinfo.az-a istinadən xəbər verir ki, sözügedən məktubun prokurorluq tərəfindən Ermənistan Milli Təhlükəsizlik Xidmətinə göndərildiyi bildirilir.
Şahramanyan məktubda qondarma rejimin bəzi “rəsmilərinin” törətdiyi əməllərin cinayət hesabatı kimi qəbul olunmasını xahiş edib.
O bildirib ki, “artsaxın hakimiyyət orqanları” “məmurlar” tərəfindən törədilən mümkün sui-istifadə hallarının aşkar edilməsində və təqsirkarların məsuliyyətə cəlb olunmasında maraqlıdır.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Qeyd edək ki, İrəvanda 44 günlük müharibəni araşdıran istintaq komissiyası S.Şahramanyanın Vətən müharibəsi və antiterror əməliyyatları ilə bağlı dindirilməsi üçün ona dəvət məktubu göndərib. Şahramanyanın komissiyaya ifadə verməyə gedib-getməyəcəyi məlum deyil. Onun bu dəvətdən sonra baş prokurora müraciət məktubu ünvanlaması diqqət çəkib.
- İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı
- Ramin Məmmədov onu rəis təyin etdi
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
- Bakı-Tiflis qatarı: sərhəddə keçid müddətinin 2 dəfə...
- Bakının bu qəsəbəsində su olmayacaq
- Çalışdıqları marketi soydular
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı