Azərbaycan ərazisində mövcudluğuna son qoyulmuş keçmiş separatçı rejimin nümayəndələri indi də Ermənistanın QHT-ləri tərkibində Avropada öz qeyri-qanuni təcrübələrinin təbliğatına cəhd göstərməyə çalışmaqdadırlar.
BUTA.TV xəbər verir ki, erməni mənbələrinin məlumatına əsasən, bu dəfə özünü keçmiş “dövlət naziri” kimi təqdim edən Artak Beqlaryan “Ermənistanın Şəfqət Cəmiyyəti” QHT-si tərkibində BMT-nin Cenevrə Ofisində Azərbaycanla bağlı Universal Dövri İcmal üzrə işçi qrupunun iclasında iştirak etsə də, iddialarının əksinə ona çıxış üçün heç bir söz verilməyib.
Bu uğursuzluqdan sonra Artak Beqlaryanın iştirakı ilə Cenevrədə “Artsaxın bərpasına aparan yol: Azərbaycanın məsuliyyətə cəlb olunması” adlı tədbir təşkil ediləcəyi barədə xəbərlər yayılıb.
Lakin daha sonra yayılan şəkildən də məlum olub ki, 6-7 şəxsdən və bir ölkədən (Ermənistandan) başqa onun tədbirinə heç kim qatılmayıb.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Bununla da, bölgədəki reallıqları təhrif etməklə beynəlxalq ictimaiyyəti aldatmağa hesablanan, Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyasının tərkib hissəsi olan "blokada" və "soyqırımı" iddialarını yaymaq məqsədi daşıyan növbəti "tədbir" fiaskoya uğrayıb.
- Ramin Məmmədov onu rəis təyin etdi
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
- Bakı-Tiflis qatarı: sərhəddə keçid müddətinin 2 dəfə...
- Bakının bu qəsəbəsində su olmayacaq
- Çalışdıqları marketi soydular
- Sabah hava necə olacaq?
- Prezident fərman imzaladı
- Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu