Son zamanlar sosial şəbəkələrdə kütləvi şəkildə məktəb direktorları ilə bağlı narazı fikirlər səslənir. Belə ki, direktorların məktəb mühitini düzgün şəkildə idarə edə bilmədikləri qeyd olunur.
Bəs görəsən, direktorların seçilməsində nə kimi problemlər var? Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, direktorların təyinatı məsələsinə yanaşmanı dəyişmək lazımdır:
“Bu məsələyə dəfələrlə münasibət bildirmişəm. Hətta parlamentin komitə iclasında da bu mövzunu qaldırmışam. Düşünürəm ki, direktorların təyinatı məsələsinə yanaşmanı dəyişmək lazımdır. Direktorlar təyin olunarkən yalnız onların bilikləri deyil, eyni zamanda onların psixoloji vəziyyəti, keçmişi, rüşvətə meyilli olub-olmaması, xarakteri təyin olunmalıdır. Bununla yanaşı onların təcrübəsi də nəzərə alınmalıdır”.
Deputat qeyd edib ki, direktor seçimində bir müddət məktəb direktor müavinlərinə üstünlük verilməlidir:
“Təcrübəsiz və idarəçi işləməyən müəllim imtahan verib direktor seçilir, daha sonra isə məktəbdə direktor vəzifəsində çalışır. Bu da öz növbəsində problem yaradır. Ona görə də imtahanlarda yalnız bilik yox, həmin şəxsin eyni zamanda idarəçilik qabiliyyəti, təcrübəsi nəzərə alınmalıdır. Hesab edirəm ki, direktor seçimində bir müddət məktəblərin direktor müavinlərinə üstünlük verilməlidir. Hansı ki, onların keçmişində şübhəli məqam, problem yoxdur. Bu məsələnin həlli üçün qeyd etdiyim məqamlar mütləq şəkildə nəzərə alınmalıdır. Yalnız bilik əsas meyar olmalı deyil”.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi