Ermənistanla Azərbaycan arasında güc baxımından həmişə Bakının xeyrinə disbalans olub.
BUTA.TV xəbər verir ki, bu sözləri “Ermənistan” blokunun parlament fraksiyasının rəhbəri, sabiq müdafiə naziri (2008-2016) Seyran Ohanyan deyib. O bildirib ki, bu “disbalans” daim eyni vəziyyətdə qalıb:
“Azərbaycanın iqtisadi vəziyyətini, imkanlarını nəzərə alsaq, şübhəsiz ki, onlar daha çox silah aldılar, amma bizim müdafiə sistemimiz, müdafiə vasitələrimiz var idi. 44 günlük müharibədə Ermənistan ordusu və “Qarabağ müdafiə ordusu” bizi qorumaq gücündə idi. Sadəcə olaraq, hər şeyi normal təşkil etmək lazım idi”.
Qeyd edək ki, keçilməz sayılan “Ohanyan səddi”ni 2016-cı ildə Azərbaycan Ordusu bir istiqamətdə 40 dəqiqəyə, 44 günlük savaşda isə bütün cəbhə boyu 2 saatda darmadağın etmiş və ildırım sürəti ilə düşmənin içərisinə girmişdi. Məhz öyündüyü, heç vaxt keçilməsi mümkün olmadığını iddia etdiyi “Ohanyan səddi” 40 dəqiqəyə darmadağın edildiyi üçün Seyran Ohanyan 2016-cı ildə müdafiə naziri vəzifəsindən qovulmuşdu.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi