Daxili İşlər Nazirliyinin (DİN) Dövlət Yol Polisinin (DYP) xidməti avtomobili cərimələnib.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, DYP-nin 99 YP 419 dövlət nömrə nişanlı avtomobilinə sürət həddinin aşılmasına görə qeyd edilən elektron cərimə protokolu yanlışlıqla 99 MP 419 dövlət nömrə nişanlı avtomobilin sahibinə göndərilib.
Şəxsi kabinetində protokolu görən sürücü nəqliyyat vasitəsi ilə dövlət nömrə nişanının fərqli olduğunu görüb və səhv olduğunu anlayıb.
Texniki avadanlıqlar da səhv edə bilir?
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bu texniki səhvdir:
“Bəzən elektron formada inzibati xəta aşkar edən xüsusi avadanlıqlarda texniki xəta baş verə bilir. Belə müraciətlər dərhal tərəfimizdən araşdırılır və müvafiq düzəlişlər aparılır. Belə hallarla qarşılaşan sürücülər dyp.gov.az saytına yazılı müraciət edərək, xətanın düzəldilməsi barədə məlumat verə bilərlər”.
- “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...”
- Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
- İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı
- Ramin Məmmədov onu rəis təyin etdi
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
- Bakı-Tiflis qatarı: sərhəddə keçid müddətinin 2 dəfə...
- Bakının bu qəsəbəsində su olmayacaq
- Çalışdıqları marketi soydular