Son illər yanğınlar, quraqlıq, sel hadisələrinin artması kimi iqlim dəyişmələrinin fəsadlarını görürük. Elmi araşdırmalara görə, son 150 ildə orta temperatur 1.1 dərəcə artıb. Əgər 2 dərəcə artım olarsa, planetdə qida çatışmazlığı, köçlər, müharibələr yaşana bilər. Temperaturun 3 dərəcə artması isə Yer kürəsinin yaşanılmaz hala gəlməsi deməkdir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Respublikasının Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişmələri naziri Mehmet Özhaseki Türk Dünyası II Meteoroloji Forumunda deyib.
Onun sözlərinə görə, iqlim dəyişmələrinin ən böyük səbəbi sənayeləşmə və şəhərlərin böyüməsidir. Çirklənməyə ən çox səbəb olan ölkələr isə ABŞ, Hindistan və Avropa Birliyi ölkələridir.
Nazir iqlim dəyişmələri ilə birgə mübarizənin daha səmərəli olacağını diqqətə çatdırıb.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...”
- Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
- İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı
- Ramin Məmmədov onu rəis təyin etdi
- Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi
- Bakı-Tiflis qatarı: sərhəddə keçid müddətinin 2 dəfə...
- Bakının bu qəsəbəsində su olmayacaq
- Çalışdıqları marketi soydular