Rusiyanın müharibə dövründə qazancı - Fantastik rəqəm

08:18 - 16 Noyabr 2023 - İQTİSADİYYAT

 Rusiyanın müharibə dövründə qazancı - Fantastik rəqəm

Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri (2022-ci il, 24 fevral) Rusiya neft, təbii qaz və kömür satışından təxminən 550 milyard dollar gəlir əldə edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Center for Research on Energy and Clean Air” (CREA) Mərkəzinin araşdırmasında deyilir.

24 fevral 2022-ci il tarixindən 13 noyabr 2023-cü il tarixinədək ən böyük alıcı Avropa Birliyi olub. AB ölkələri bu müddət ərzində aldıqları yeraltı sərvətlərə görə Rusiyaya 180 milyard avro ödəyiblər. Bunun 102 milyard avrodan çoxu xam neft, 74 milyardı təbii qaz, qalanı isə kömürdür.

Birlik daxilində Rusiya enerji resurslarının ən böyük alıcısı Almaniya, Niderland və İtaliya olub.

AB-dən sonra ikinci ən böyük alıcı isə Çindir. Çin Rusiyadan 143 milyard dollar dəyərində məhsul alıb. Sonrakı yerləri müvafiq olaraq Hindistan, Türkiyə və Cənubi Koreya bölüşür.

Qeyd edilir ki, son il yarım ərzində alış dinamikası nəzərəçarpacaq dərəcədə dəyişib. Belə ki, əgər Avropa Rusiyadan alışı əhəmiyyətli dərəcədə azaldıbsa, Asiya tam əksinə, radikal şəkildə olmasa da, artırıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol