Son 4 ildə Azərbaycanda aparılan islahatlar çərçivəsində minimum əməkhaqqının, minimum pensiyanın, müxtəlif sosial ödənişlərin, müavinətlərin və təqaüdlərin məbləğləri demək olar hər il artırılıb.
BUTA.TV xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, bu məsələ müntəzəm şəkildə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyində müzakirə olunur:
"Hər büdcə ilinin imkanları çərçivəsində bu məsələlərə baxılır. İstisna deyil ki, növbəti il üçün də bu məsələlərə baxılacaq. O cümlədən, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq. Lakin müharibə veteranlarına verilən təqaüdün məbləğinin kommunal, nəqliyyat xərcləri ilə əlaqələndirilməsi məsələsini məqsədəuyğun hesab etmirik. Çünki 2019-cu ildə kommunal və nəqliyyat xərclərinə görə müavinət ləğv olunub, onun əvəzinə müharibə veteranlarına verilən təqaüd təsis olunub və məbləği 80 manatdır.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Dövlət Statistika Komitəsinin 2022-ci il üzrə statistik məlumatlarına əsasən, istehlak xərclərinin tərkibində su, işıq, qaz və digər yanacaq növlərinə görə xərclər təxminən 27 manat 17 qəpik, nəqliyyat xərclərinə görə 21 manat 85 qəpik və rabitə xərclərinə görə 11 manat 20 qəpik, ümumilikdə isə bir nəfər üçün 60 manat 22 qəpik məbləğində müəyyən edilib. Hazırkı təqaüdün məbləği qeyd edilən xərci 33 % üstələyir".
- Qeyri-çimərlik ərazilərdə 40 nəfərin meyiti çıxarıldı
- Xırdalanda ər-arvad bir-birini bıçaqladı - İkisi də öldü
- FHN-in növbəti yanğın-taktiki təlimi - Foto
- Öncə arvadını sonra özünü bıçaqladı - Kişi öldü, qadın sağdır
- Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri oldu - Yenilənib
- “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...”
- Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
- İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı