7 oktyabrdan bəri HƏMAS tərəfindən girovluqda saxlanılan israillilərin ailələri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.
BUTA.TV TRT-yə istinadən xəbər verir ki, İsraildəki “Girovlar və İtkin Ailələri Forumu” məktubu açıq şəkildə dərc edib.
Məktubda Türkiyə liderinin beynəlxalq aləmdə böyük nüfuza sahib siyasətçilərdən olduğu xüsusi vurğulanır:
“Bizlər dərin kədər və iztiraba səbəb olan bu böhrana müdaxilə etməniz üçün sizin yardımınızı istəyirik. Qaçırılmalarından bəri ailə üzvlərimizlə əlaqə yarada bilməmişik. Bizə kömək etmək üçün unikal bir mövqedə olduğunuza inanırıq.
Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
Yaxın Şərqdə, müsəlman dünyasında və onun hüdudlarından kənarda geniş nüfuza malik böyük dövlətlərindən birinin lideri olaraq, sizin bizə kömək etmək üçün unikal bir mövqedə olduğunuza inanırıq.
Bu səbəbdən girovların səhhəti ilə bağlı məlumat almaq, lazımi tibbi ehtiyacları gecikdirmədən təmin etmək və dərhal sərbəst buraxılmalarını təmin etmək üçün sizə çağırış edirik”.
Qeyd edək ki, HƏMAS-ın hərbi qanadı İzzəddin Əl-Qəssam Briqadasının 200-dən çox israillini girov saxladığı bildirilir.
- Qeyri-çimərlik ərazilərdə 40 nəfərin meyiti çıxarıldı
- Xırdalanda ər-arvad bir-birini bıçaqladı - İkisi də öldü
- FHN-in növbəti yanğın-taktiki təlimi - Foto
- Öncə arvadını sonra özünü bıçaqladı - Kişi öldü, qadın sağdır
- Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri oldu - Yenilənib
- “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...”
- Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
- İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı