Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev təqaüdə göndəriləcək.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu ayın 30-da 65 yaşı olacaq general-leytenant öz istəyi ilə vəzifəsindən azad olunması üçün müvafiq müraciət ünvanlayıb. Etibar Mirzəyev FHN-də yanğın sahəsinə nəzarət edir. Daha doğrusu, FHN-də Dövlət Yanğından Mühafızə Xidmətinə və Dövlət Yanğın Nəzarəti Xidmətinə birbaşa rəhbərlik edən şəxsdir. Son aylarda sözügedən qurumlarda aparılan yoxlamalar nəticəsində ciddi pozuntular aşkarlanıb. Nəticədə həmin qurumların əksər rəhbər şəxsləri, generallar vəzifələrindən azad edilib.
Qeyd edək ki, Etibar Böyükbəy oğlu Mirzəyev 30.11.1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir. 2 övladı var.
- Qeyri-çimərlik ərazilərdə 40 nəfərin meyiti çıxarıldı
- Xırdalanda ər-arvad bir-birini bıçaqladı - İkisi də öldü
- FHN-in növbəti yanğın-taktiki təlimi - Foto
- Öncə arvadını sonra özünü bıçaqladı - Kişi öldü, qadın sağdır
- Umerov Ukraynanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri oldu - Yenilənib
- “Nazir mənə təşəkkür etmişdi, indi qatil, cani olmuşam...”
- Dənizdə batanlar AzTV əməkdaşının bacı-qardaşlarıdır
- İki gün əvvəl dənizdə batan gəncin meyiti sahildə tapıldı