“Yanacağa tələbatın artması avtomobil sayının artması ilə əlaqəlidir”.
Bu sözləri açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, cari il ərzində ölkədə yanacaq məhsullarına tələbatın artmasının səbəblərini izah edib. Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil yanacağından 2 milyard 518.3 milyon manat gəlir əldə olunub ki, bu da illik müqayisədə 6.6% çoxdur.
Qeyd edək ki, cari dövrdə alıcıların pərakəndə ticarət şəbəkələrində aldıqları mallara xərclədiyi vəsaitin 5.5 faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Mütəxəssis vurğulayıb ki, bu il Azərbaycana daxil olan avtomobil sayında artım var:
“Nəticə etibarilə, avtomobil sayı artdıqca, təbii ki, tələbat da artır və tələbatın yüksəlməsi daha çox benzin alımına və daha çox vəsaitin sərf edilməsinə səbəb olur.
Bundan başqa, Azərbaycanda 95 və 96 markalı benzinlərin qiymətlərində də artımlar olmuşdu. Onların qiymətinin artması isə məbləğ olaraq xərclənən vəsaitin artmasına səbəb olan amilə çevrilir”.
Ekspertin sözlərinə görə, Azərbaycanda benzinin qiyməti 2 yolla tənzimlənir:
“Bildiyiniz kimi, Tarif Şurası dizel və Aİ-92 markalı yanacağın qiymətlərini tənzimləyən orqandır. Yəni bunu dövlət təyin edir və istəsələr qiymətləri artıracaqlar, istəməsələr də yox. Qısacası, bu, dövlətin qərarından asılıdır.
Lakin dünyada gedən prosesləri və neftin qiymətinin son 5-6 ayda təqribən 30%-ə yaxın aşağı düşdüyünü də nəzərə alsaq – hansı ki, neftin qiyməti 98 dollar idi, indi isə 80 dollar civarındadır – indiki məqamda benzinin qiymətinin artırılması üçün heç bir səbəb yoxdur”.
“Bizə maraqlı olan başqa bir məsələdir ki, “Premium-95” markalı benzinin qiymətini məntiqlə və açıqlanan qərarlarla guya bazar tənzimləməli idi. Çünki bunu bir neçə il öncə Tarif Şurasının tənzimləmə mexanizmindən çıxarıblar. Rəsmi qərarda belə bir yanaşma var idi ki, bu sahədə benzin satan şirkətlər rəqabətli mühit şəraitində fəaliyyət göstərəcək və rəqabətli mühit bazardakı tələb və təklifə görə qiymətin müəyyənləşdirilməsinə səbəb olacaq”, – deyə o, əlavə edib.
Müsahibimiz qeyd edib ki, lakin bunlar baş vermədi:
“Maraqlı cəhət isə ondan ibarətdir ki, “Premium” markalı benzinin qiyməti son 3-4 ayda dünya bazarında xeyli ucuzlaşıb. Azərbaycan da “Premium” markalı benzini xaricdən, əsasən də Rumıniya və Rusiyadan aldığını bildirib ki, həmin bazarlarda da qiymətlər ucuzlaşıb. Lakin bizdə 95 markalı benzinin qiymətinin 2 manat civarında olması hələ də davam edir. Hansı ki, bu, region ölkələri arasında ən yüksək qiymətlərdən biridir”.
“Benzin bazarının tənzimlənməsində dövlətin əlində kifayət qədər ciddi mexanizmlər var. Dediyim kimi, 92 və dizel yanacağının qiymətini dövlət özü müəyyənləşdirir və bunun kənar müdaxilələrə, eləcə də bazardakı proseslərə heç bir aidiyyəti yoxdur. 95 və 98 markalı benzinlə bağlı isə rəqabətli mühit yaranmalı və məntiqlə qiymət aşağı düşməlidir, lakin bu məsələ hələlik öz həllini tapmayıb”, – fikirlərini tamamlayıb.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir