"Apple", "Warner Bros.", "Walt Disney", "Lionsgate", "Paramount", "Discovery", "Sony Pictures" və "IBM" daxil olmaqla bir neçə məşhur şirkət "X" sosial şəbəkəsində (keçmiş tvitter) reklamlarını dayandırıb.
BUTA.TV xəbər verir ki, buna səbəb sosial şəbəkənin sahibi, milyarder İlon Maskın "X"də yayımlanan qalmaqallı paylaşımı bəyənməsi olub. Mask istifadəçilərdən birinin paylaşığı - qaradərililərə qarşı dayandırılması tələb olunan nifrətin ağdərililərə qarşı yayılması, Qərbin yəhudiləri sevməməsi və bunu onlara hiss etdirməsi istiqamətindəki ifadələri dəstəkləyib. Milyarderin paylaşıma "Bu, əsl həqiqətdir" şərhini yazması tənqidlərlə üzləşməsi ilə nəticələnib.
"Space X"in yaradıcısı hətta Ağ Ev tərəfindən də tənqid olunub. "Amerikalılar olaraq bizim əsas dəyərlərimizə zidd olan antisemitizm (yəhudi düşmənçiliyi - red.) və irqçiliyin bu iyrənc təbliğatını qətiyyətlə pisləyirik" deyə ABŞ hökumət məlumat yayıb.
Avropa Komissiyasının nümayəndələri sosial şəbəkələrdə, xüsusən Fələstin-İsrail münaqişəsi ilə bağlı dezinformasiyanın yayılması fonunda bütün Aİ icraçı xidmətlərindən "X"də reklamı dayandırmağı xahiş edib.
- Milyarderlər siyahısına Ələkbərov başçılıq edir
- Uşaqlıqda çoban olmuşam, məktəbə gedə bilmədim...
- Fransada siyasi rəqiblərə qarşı repressiya başladı
- Pezeşkianın Azərbaycana səfərinin vaxtı məlum oldu
- Çoban İsfəndiyar, əlaltı alimlər və anormal reaksiya
- Paşinyan ordunu silahlandırır, atəşkəsi pozur – Nə istəyir?
- İrəvandan azərbaycanlılara təbrik mesajı göndərən türkiyəli bloqerə cinayət işi açıldı
- Türkiyədə səs yazısı: Azərbaycanlıları kənddən çıxarmaq üçün…