Qırmızı dənizdə “Galaksi Leader” yük gəmisinin oğurlanmasından sonra ABŞ Yəmən husilərini terrorçu qrup kimi tanımaq istiqamətində işlər görür.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib.
“Yük gəmisinin ələ keçirilməsi ilə beynəlxalq qanunlar kobud şəkildə pozulub. Bu məsələdə İran husilərlə əlbirdir”, - o bildirib.
Qeyd edək ki, sözügedən yük gəmisi 18 noyabrda Türkiyədən Hindistana gedən zaman Səudiyyə Ərəbistanının Ciddə şəhərinin cənub-qərbində husilər tərəfindən ələ keçirilib.
- Prezident “Böyük Qayıdış”dan danışdı
- Xaçatryan xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır
- 22 il öncə imzalanan saziş: Putin sözünü tutmadı - Video
- Bakı 6 aydır İrəvandan bunu tələb edir - Surenyants
- Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
- Bu qatar Azərbaycan vasitəsilə Ermənistana gedir
- Alimlər azərbaycanlılarda xüsusi genlər aşkar etdi
- Qətiyyətli Lider!