Almaniya Ermənistana bu cür yardımlar edir

15:42 - 22 Noyabr 2023 - GÜNDƏM

 Almaniya Ermənistana bu cür yardımlar edir

Almaniya Ermənistana qrant və kredit şəklində 84,6 milyon avro məbləğində dəstək verəcək. Bu da orta ixtisas peşə təhsilinin inkişafına, eləcə də bərpa olunan enerji sahəsində yeni proqramların həyata keçirilməsinə yönəldiləcək.

BUTA.TV xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.

O bildirib ki, Almaniya ilə əməkdaşlıq Ermənistanı iqtisadi inkişaf üçün çox vacib olan enerji müstəqilliyinə yaxınlaşdırmalıdır:

“Ermənistanda təxminən 1 milyard avro dəyərində proqramlar həyata keçirmiş Alman İnkişaf Bankı böyük “Qafqaz elektrik ötürmə şəbəkəsi” proqramını maliyyələşdirir. Bunun tərkib hissəsi kimi Ermənistanın elektrik xətləri modernləşdirilir. Kap su anbarının tikintisi üçün də Almaniya İnkişaf Bankı kredit ayırıb, artıq işlər gedir. Almaniya Ermənistanda hidrogenin hasil edilməsi imkanları ilə bağlı araşdırma aparır”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol