Bakı Parisin zəhlətökənliyindən yorulub - Rusiya XİN

19:46 - 22 Noyabr 2023 - GÜNDƏM

 Bakı Parisin zəhlətökənliyindən yorulub - Rusiya XİN

Rəsmi Bakının Fransanın hərəkətlərinə sərt reaksiyası Rusiyanı qətiyyən təəccübləndirmir.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

"Bakıda da, bir sıra digər nöqtələrdə də dünyanın digər yerlərində, başqa qitələrdə olduqca sarsılmış siyasi nüfuzunu Cənubi Qafqazda uğursuzcasına bərpa etməyə çalışan Parisin zəhlətökənliyindən yorulublar", - XİN sözçüsü vurğulayıb.

Onun sözlərinə görə, Qərb vasitəçilərinin, o cümlədən Fransanın məqsədi tamam fərqlidir:

"Onlar Cənubi Qafqazı daha bir geosiyasi qarşıdurma arenasına çevirməyə çalışır, region ölkələrinin əsl maraqlarını görməzdən gəlirlər. Onlar bu regionun təhlükəsizliyi, sabitliyi və tərəqqisini təmin etmək üçün heç nə etməyiblər".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol