Müğənni Pünhan Piriyevin aparıcının “Nəfəslə ailə qur” deməsinə verdiyi cavab birmənalı qarşılanmayıb.
BUTA.TV xəbər verir ki, “Həmin Zaur” verilişinin qonağı olan ifaçı həmkarı Nəfəslə ailə qurmaq istəmədiyini bildirib: “Nəfəsi alan alıb artıq. Onu alıblar, həm də yaşım azdır. Təzədən Nəfəsi niyə alım ki?! Yaxşı, Zaur, sən Allah, nəslin-kökün içində hamının mənə hörməti-izzəti var. Müğənni almaram. Qardaş, müğənni almıram! Nəfəsi niyə alım, o dostumdur. Sən aranı qızışdırırsan. Nəfəsi alan alıb, toyu olub, mən təzədən onu necə alım?”
Zaur Kamal isə cavabında Nəfəsin subay olduğunu deyib: “Nəfəs subaydır. Allah bəxtini-taleyini gözəl etsin. Heç gör Nəfəs sənə gələrmi?”
- Orta təhsil səviyyəsi üzrə imtahanlar keçirildi
- Bakının bir neçə rayonunda suyun verilmə saatları azaldılıb - Rəsmi
- Kral tarixi uğuru futbolçularla belə qeyd etdi - Video
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar