Rusiyanın "Rossa" avtomobilinin yeni görüntüsü yayılıb.
BUTA.TV xəbər verir ki, "Rossa" (Rusiya idman avtomobilləri - red.) yarış sürücüsü Roman Rusinovun rəhbərliyi altında hazırlanmış orta mühərrikli superkardır. "Rossa" "Lamborghini Huracan"da olduğu kimi, 680 at gücü olan 5,2 litrlik atmosferli V10 mühərriki ilə təchiz edilib. Saatda 100 kilometrlik sürətə 3,2 saniyəyə çatır, maksimal sürəti isə saatda 380 kilometrdir.
Bu avtomobilin 2024-2025-ci illərdə hazır olacağı gözlənilir. Superkarın təxmini qiyməti 500 min avro təşkil edir və mülki versiyanın daha baha olacağı ehtimal edilir.
Qeyd edək ki, bundan öncə avtomobilin prototipi təqdim olunmuşdu: o, karbon lifli monokok ətrafında qurulub, xarici panellər də karbon lifindən hazırlanıb və onun aerodinamik kuzov dəsti GT2/GT3 sinif avtomobilləri üçün reqlamentə uyğun olaraq hazırlanıb
- Sabah 18 kənddə qaz olmayacaq
- Paşinyan Pezeşkianı azərbaycanca salamladı - Video
- Həmişə Ermənistanı müdafiə etmişik... - Pezeşkian
- Razılaşma Zelenskinin reytinqinə zərbə olacaq - Politoloq
- Bakı xəbərdarlıq etmişdi, Kreml SOCAR-ı qəsdən vurdu, nəticə...
- SOCAR-ın vurulan obyektlərinin bərpası... - Kuleba
- Zəngəzur dəhlizi İran üçün yeni fürsətdir - Zərif
- SOCAR-ın bazasına hücum: Zelenskidən reaksiya…