ABŞ tələsir: Bakı və İrəvan təcili sülh imzalamalıdır

14:58 - 26 Noyabr 2023 - GÜNDƏM

 ABŞ tələsir: Bakı və İrəvan təcili sülh imzalamalıdır

ABŞ rəsmiləri yaxın həftələrdə, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasına nail olmağa çalışır.

BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə Ermənistanın “1in” saytı çıxış edib.

Məqalənin müəllifi bildirir ki, rəsmi Vaşinqton prosesin yekunlaşmasına tələsir:

“Gələn il ABŞ-da prezident seçkisi ilidir və Demokratların hakimiyyətdə qalacağına zəmanət yoxdur. Əgər 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə Respublikaçılar hakimiyyətə gəlsə, bu, həm Ermənistan, həm də region üçün qarşısıalınmaz nəticələrə səbəb ola bilər”.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

Müəllif qeyd edir ki, Rusiya Prezidenti Vladimir Putin də Ukraynadakı müharibəni ABŞ-da keçiriləcək seçkilərə qədər uzatmaq qərarına gəlib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol