Onlar Ukraynanı aldatdılar - Arestoviç

10:30 - 27 Noyabr 2023 - GÜNDƏM

 Onlar Ukraynanı aldatdılar - Arestoviç

Ukrayanaya dəstək vəd edən bəzi müttəfiqlərimiz dəstəyi heç vaxt reallaşdırmadılar.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç Teleqram kanalında yazıb.

“Əsl məsuliyyət bizə, Ukraynaya söz verib, amma yerinə yetirməyənlərin üzərinə düşür. Onlar bizi atdılar”, - o bildirib.

Arestoviç qeyd edib ki, Ukrayna hakimiyyəti axmaqlığı və korrupsiya ucbatından müttəfiqlərinə Kiyevi “atmaq” üçün çoxlu səbəb verib:

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

“Onlar Qərb ölkələrinə bu saxtakarlığa haqq qazandırmaq üçün “etibarlı arqumentlər” təqdim edib. Ukrayna son dərəcə qeyri-qənaətbəxş vəziyyətdədir. Ukraynanın təyyarələrə, uzaqmənzilli raketlərə və quru qoşunları üçün təchizatın beş dəfə artırılmasına ehtiyacı var. Kiyevin müttəfiqləri isə Moskva ilə sülh sazişi imzalamağa çalışacaqlar, bunun şərtlərindən biri “dxr”, “lxr”, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın bir hissəsi kimi tanınması olacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol