Dünya səviyyəsində insan haqlarının müdafiəsi ilə məşğul olan, bu mövzuda araşdırmalar aparıb, yayımlayan beynəlxalq qeyri-hökumət təşkilatı "Human Rayts Votç" Azərbaycanın mina problemi ilə bağlı beynəlxalq çağırışlarından xəbərsiz olduğunu iddia edib.
BUTA.TV xəbər verir ki, təşkilat rəsmisi Report-a cavabında problemdən məlumatlı olmadıqlarını deyib. Belə ki, "Human Rayts Votç" təşkilatının BMT-dəki direktoru Luis Çarbonau (Louis Charbonneau) XXI əsrdə Azərbaycanın üz-üzə olduğu ekoloji fəlakət, Ermənistanın 30 illik işğal dövründə ölkəmizdə buraxdığı dəhşətli mirasdan məlumatsız olduqlarını iddia edib:
"Biz bu məsələdən xəbərdar deyilik. Mən də bununla bağlı heç bir araşdırma tapa bilmirəm, amma həmkarlarımdan soruşacağam".
"Human Rayts Votç" təşkilatının rəsmisi L.Şarbonu ona ünvanlanan sualları həmkarları ilə araşdıracağını vəd versə də, növbəti sorğu iki aydır, cavabsız qalıb.
- “Əlimyandı” satılan evlər: Alıcılar belə aldadılır...
- Qardaşı oğlu ilə dənizdə batan Arisin - Fotosu
- Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı
- Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
- Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video