Rəsmi Bakı Avropa strukturlarının vaxtaşırı ona qarşı hücumları səbəbindən kifayət qədər uzun müddət təmkinli davranıb. Lakin Vaşinqtonun son hücumları bardağı daşıran son damla oldu. Qarabağ tamamilə öz nəzarətinə qayıdandan sonra Azərbaycan sərt cavab verə bilər.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Vitali Arkov deyib.
“Üstəlik, biz Qərb qüvvələrinin Cənubi Qafqaza basqısını, onu öz standartlarına və məqsədlərinə uyğun formalaşdırmaq üçün davamlı cəhdlərini görürük. Fransa Ermənistana hərbi texnika verir. İlin əvvəlində AB “monitorinq” adlı mülki missiyasını burada yerləşdirdi, Moskva və Bakı birbaşa bildirdilər ki, bu missiya məlumat toplama prosesini gizlədir. Yəni regionda sülhün bərqərar olması deyil, qonşuları bir-birinə qarşı qaldırmaq, sabitliyi pozmaq cəhdləri var”, - o bildirib.
Arkovun sözlərinə görə, Qərb Ermənistanı, Qarabağ ermənilərini müdafiə edən bəyanatlarla çıxış edir, guya Qarabağın erməni əhalisinin taleyindən ciddi narahat olduqlarını bildirir:
“Həmin ermənilər məhz Ermənistan hakimiyyəti və maraqlı tərəflərin qorxutduğu, süni şəkildə yaratdığı panikaya uyaraq bölgəni tərk ediblər. Azərbaycan hakimiyyəti isə onlara geri qayıtmağı təklif edir. Amma Ermənistan rəhbərliyi buna imkan vermir. Bu, Azərbaycanın guya təcavüzkar, Ermənistanın isə guya zərərçəkmiş tərəf olduğunu göstərmək üçün dünya ictimaiyyətini aldatmaq layihəsidir. Əslində, obyektiv olaraq nə Paris, nə Vaşinqton, nə də Brüssel Qarabağ ermənilərinin taleyi ilə maraqlanır. Qərbin Qafqazda öz maraqları var”.
- “Əlimyandı” satılan evlər: Alıcılar belə aldadılır...
- Qardaşı oğlu ilə dənizdə batan Arisin - Fotosu
- Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı
- Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
- Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video