Noyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a bildirilib ki, gecə və axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
- Netanyahu açıq şəkildə elan etdi, işğal edəcək: Bəs, necə?
- Kirk simvola çevriləcək, qarşıdurma artacaq
- Bakı ilə İrəvan arasında müqavilə bitən kimi... - Fidan
- Fələstinə dəstək bəyannaməsi - Bakı da lehinə səs verdi
- AB Zəngəzur dəhlizi üçün mühüm rol oynaya bilər
- AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
- Azərbaycan və “Albaniya” arasında... - Tramp yenə çaşdı
- Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro