Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub.
Kult.az Report-a istinadən xəbər verir ki, bu vəzifəyə türk dövlətləri başçılarının qərarı ilə qazaxıstanlı dövlət xadimi Aktotı Raimkulova gətirilib.
O, qurumun türk dünyasında ortaq etnik, mədəniyyət və tarixə əsaslanan əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində bundan sonra da layihə və fəaliyyətlərini aktiv şəkildə davam etdirəcəyini bildirib.
Xatırladaq ki, A.Raimkulova 1964-cü il mayın 2-də Qazaxıstanın Almatı şəhərində doğulub. O, ölkəsinin Əməkdar mədəniyyət işçisi, bəstəkardır. 2019-2022-ci illərdə Qazaxıstanın mədəniyyət və idman naziri işləyib.
Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə Respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edilib. Fondun Nizamnaməsi Türk Şurasının 2012-ci il avqustun 23-də keçirilmiş Bişkek Zirvə görüşündə qəbul edilib.
Bundan əvvəl Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva olub.
Qeyd edək ki, G.Əfənfiyeva xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.
- Qətiyyətli Lider!
- Bayrama görə verilən pul kimə, necə veriləcək? - Dəqiq izah
- Vardanyanın vəkili Qərb mediasında bu təbliğatı aparır
- Çində Azərbaycan binaları tikən İbrahim Cahangiri kimdir?
- Azərbaycan Braziliya Ciu-citsu İctimai Birliyinin təşkilatçılığı ilə Ümumrespublika Seminarı keçirilmişdir.
- Şuşaya hücum hazırlayan məsul şəxsin adı açıqlandı
- Azərbaycan benzinini alan erməni oliqarx kimdir?
- Taleh Ziyadov bu federasiyanın prezidenti seçildi