Bakı siyasi iradə göstərsə, Azərbaycan və Ermənistan yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilər.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
“Arzu edilsə, yaxın 15 gün ərzində sülh sazişi imzalana bilər. Deyə bilərik ki, biz bütün fundamental məsələlərdə razılığa gəlmişik. Prosesə xələl gətirməmək üçün təfərrüatı açıqlamaq istəmirəm”, - o bildirib.
Qeyd edək ki, Bakının mütəmadi sülh çağırışlarına baxmayaraq, İrəvan məhz özü qeyri-konstruktiv addımları və bəyanatları ilə sülh sazişinə əngəl olur.
- ABB istiqrazlarına yüksək investor marağı davam edir
- Xankəndi beynəlxalq konfransa ev sahibliyi edəcək
- Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə!
- Nəhayət ki, o “Range Rover” satıldı
- Hüquq təhsili almaq istəyənlərə maneə… - Ekspert
- Keçmiş vəkil ev dustaqlığına buraxılmadı
- Bakının ən təmiz çimərlikləri açıqlandı
- 19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video