ABŞ, Almaniya və Fransanın Azərbaycandakı səfirlikləri "Abzas media"nın qanunsuz maliyyələşdirilməsində iştirak edib.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-nin və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılarkən bildirilib.
Görüşlərdə, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.
BŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.
“Sarkisyan və Koçaryan Azərbaycana təhvil verilə bilər, bir şərtlə ki...”
Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.
- Ukraynalı modelin olduğu təyyarə qəzaya uğradı
- İsrail Hizbullah tunellərini partlatdı
- Zelenski ayın sonunda Trampla görüşə ümid edir
- “Bavariya” və “Yunayted”dən darmadağın, “Fənərbaxça”dan bərabərlik - ÇL-də gecənin nəticələri
- Bu ölkə Almaniyaya 40 milyardlıq investisiya yatıracaq
- BƏƏ-dən Əlcəzairin qərarlarına cavab
- “Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - Video
- İran və Səudiyyə arasında kritik telefon əlaqəsi