"Redut" özəl hərbi şirkətinə daxil olan “Espanyola” muzdlu batalyonu hücum dəstələrinə qadınları cəlb etməyə başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Vajnıe istorii” nəşri məlumat yayıb.
Məlumata görə, rus muzdluları qadınlara snayper, tibb, rabitə, elektron müharibə və PUA bölmələrində özlərini inkişaf etdirməyi təklif edirlər.
“İlk müqavilə 6 aylıq bağlanır, onun da iki ayı təlimə həsr olunur. Aylıq ödəniş isə 110-120 min rubl təşkil edir. Döyüş əməliyyatları zonasına göndərildikdən sonra ödənişin miqdarı 2 dəfə artır. Müqavilə imzalanan gün isə birdəfəlik 50 min rubl verilir. Əgər qadın döyüşdə yaralanıbsa, 1-3 milyon rubl arası ödəniş alır. Öldüyü təqdirdə isə yaxınlarına 5 milyon rubl ödənilir”, - məlumatda qeyd olunub.
- “Əlimyandı” satılan evlər: Alıcılar belə aldadılır...
- Qardaşı oğlu ilə dənizdə batan Arisin - Fotosu
- Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı
- Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
- Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video