Paşinyan Putini təkrarladı, alınmadı – Badalyan

08:00 - 29 Noyabr 2023 - GÜNDƏM

 Paşinyan Putini təkrarladı, alınmadı – Badalyan

Nikol Paşinyanın səkkiz saatlıq mətbuat konfransı vaxt itkisi idi, çünki imic formalaşdırmaq baxımından hökumət başçısına heç nə vermədi.

BUTA.TV xəbər verir ki, bu sözləri erməni politoloq Armen Badalyan Baş nazir Nikol Paşinyanın 24 noyabrda diaspor və yerli fəallar üçün keçirdiyi mətbuat konfransı haqda qeyd edib.

“Paşinyan oxşar mətbuat konfransları keçirən Putini yamsılamağa çalışdı. Putinə hazırlanmış suallar da verilir, lakin onlara cavab verməklə Rusiya prezidenti hansı problemi həll etdiyini bilir. Paşinyanın məsələsində belə bir anlayış yox idi, sadəcə olaraq, Baş naziri qəzəbləndirməmək üçün belə sualları seçmişdilər”, - ekspert qeyd edib.

Badalyan vurğulayıb ki, hakim partiyanın reytinqi düşsə də, yenə də rəqiblərinin reytinqindən yüksəkdir və əsas problem də budur:

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycan benzinini alan erməni oliqarx kimdir?

“Amma bu, Ermənistan hakimiyyətinin formalaşmasında əsas amil deyil”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol