Bu gün ölkəmizdə baş verən kiberdələduzluq hadisələrinin başvermə səbəbi ölkədə maarifləndirmə səviyyəsinin aşağı olmasıdır.
Bunu BUTA.TV-a açıqlamasında Kibertəhlükəsizlik Platformasının icraçı direktoru Şahin Alıyev deyib.
“Kibermühitdə bir çox müdafiə üsulları, hücumlardan qorunma yolları və özünümüdafiə imkanları dələduzluq hallarında əsasən uğurlu nəticələr verir. Lakin bu təkcə Azərbaycana xas olan bir fikir deyil. Bütün dünyada insanların psixoloji boşluqlarını dəyərləndirərək edilən bu cür hücumlar əsasən çox uğurlu olur. Çünki insanlar hər zaman maddiyyata önəm verirlər və oturaraq pul qazanmaq, rahat gəlir əldə etmək istəyi onları bu cür hücumlar qarşısında zəif buraxır və bunun qarşısını ala bilmirlər”, - Alıyev bildirib.
Həmin dələduzların tapılıb ortaya çıxarılması ilə bağlı danışan ekspert bildirib ki, əgər həmin şəxs ölkə ərazisindədirsə, onu tapmaq şəraiti yüksəkdir:
“Təəssüf ki, günümüzdə bu kimi hallar xarici mobil telefon nömrələri ilə və xaricdə oturaraq baş verir. Və onların tapılması müşkül məsələyə çevrilir. Dələduzluq hallarında ən başlıca nüans insanların özləri tərəfindən şəxsi məlumatlarını paylaşması halları olur. Bu da təbii ki, dövlət mühafizəsinin təşkil olunmasında çətinlik yaradır. Banklarla da əlaqə saxlasanız, bilərsiniz ki, şikayətlərin çoxu şəxslərin öz fərdi kart hesablarını paylaşması ilə bağldır. Maddi qazanc əldə etmək üçün vətəndaşın hər hansı oyun portalına ödəniş etməsi, “1 saata 400 manat qazan” saxta aksiyalarına aldanması kimi faktlar kibercinayətkarlara şərait yaradır”.
- Bitkoin kəskin ucuzlaşdı
- Prezidentlər Araz çayı üzərindəki körpüdən danışdılar
- Rüşvət, qanunsuz məscid, şişən ayaqlar - İcra başçısının işdən çıxarılmasının SENSASİON SƏBƏBLƏRİ
- “Burada müdafiəlik nə var ki?” - AYNA sədrinin müavini 20 min manat maaşdan danışdı
- Hacı Nuranın yenidən səhhətində problem yarandı
- Xankəndidə hazırda nə qədər erməni yaşayır?
- İnanılmaz: Ərəb nazir İrana zərbə endirilməsini istədi...
- İrəvandan TRİPP açıqlaması: Gizli plan var, müharibə səbəbi...