İrəvan KTMT-nin Skopye görüşündən də imtina etdi

23:46 - 30 Noyabr 2023 - GÜNDƏM

 İrəvan KTMT-nin Skopye görüşündən də imtina etdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin XİN nümayəndələrinin Skopye görüşündə Ermənistanı heç kim təmsil etməyib.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, təşkilata üzv ölkələrin XİN nümayəndələri Skopyedə ATƏT Nazirlər Şurasının iclası çərçivəsində görüş keçiriblər.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl Minskdə keçirilən KTMT sammitində iştirakdan imtina etmişdi. Bunun ardınca digər erməni rəsmiləri də analoji addımı atmışdı.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol