Sərhəddə görüş: 1920-29 xəritələri gündəmdə - Sabiq nazir

11:36 - 1 Dekabr 2023 - GÜNDƏM

 Sərhəddə görüş: 1920-29 xəritələri gündəmdə - Sabiq nazir

Dünən Azərbaycanla Ermənistan sərhədində delimitasiya komissiyalarının beşinci iclası keçirildi. İclasda komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin hazırlanması üzərində işin aparılması barədə razılıq əldə olundu.

Bu sözləri BUTA.TV-a açıqlamasında Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Diplomat vurğulayıb ki, adətən belə sənədlərdə təşkilati məsələlərin detalları öz əksini tapır:

“Burada siyasi əhəmiyyət kəsb edən ən önəmli məsələ isə hansı xəttin baza kimi götürüləcəyidir. Tərəflər fərqli mövqelərdən çıxış edir. Ermənistan hökuməti öz çıxışları zamanı 1975-ci il xəritələrindən, 1991-ci il Almatı Bəyannaməsindən danışır. Əgər xatırlayırsınızsa, Azərbaycan Xarici İşlər Nazirliyi cari ilin oktyabr ayında Paşinyanın iddiasına verdiyi cavabda 1975-ci il xəritəsinin olmadığını bildirib. Fikrimcə, dövlətimiz heç bir halda öz haqlı mövqeyindən geri çəkilməyəcək. Çünki Azərbaycanın delimitasiya prosesinin həyata keçirildiyi xətt boyunca 1920 və 1929-cu il sərhəd dəyişikləri edilinədək mövcud olan xəritələri əsas götürməyə tam hüququ var. Əlbəttə, bütün bunlar növbəti görüşlərdə təfərrüatı ilə müzakirə ediləcək. İndi isə əsasən texniki məsələlər üzrə müəyyən razılıqlar əldə olunub”.

Bu xəbər hal-hazırda çox oxunur
Əliyevin imtinasına Kremldən reaksiya

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol