Əziz Orucov həbs qəti imkan tədbirinin dəyişdirilməsi ilə bağlı apellyasiya şikayəti verib.
BUTA.TV xəbər verir ki, bu barədə onun həyat yoldaşı Lamiyə Çerpanova öz Feysbuk səhifəsində məlumat yayıb.
O qeyd edib ki, şikayətə Apellyasiya Məhkəməsində 4 dekabr saat 15:00-da baxılacaq.
Qeyd edək ki, Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucov barəsində 28 noyabrda 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 188.2-ci (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə ittiham olunur.
- “Əlimyandı” satılan evlər: Alıcılar belə aldadılır...
- Qardaşı oğlu ilə dənizdə batan Arisin - Fotosu
- Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı
- Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
- Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video