Sistit qorxulu xəstəlik olmasa da, bəzi hallarda sidik kisəsi xərçənginin də əlaməti ola bilər.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, uroloq həkimlər sistitin təhlükəli məqamlarını açıqlayıb. “Sistitin simptomları adətən, tez-tez və ağrılı sidiyə getmə, yandırıcı hiss, qoxulu, iltihablı, tünd sidikdir. Bu zaman qasıq və beldə daimi ağrı ola bilər. Çox vaxt xəstələr sistiti özbaşına müalicə edir. Amma bu sidik kisəsi şişlərindən də ola bilər. Sistit düşünərək, qiymətli vaxt itirilə bilər. 80% hallarda sistit E coli bakteriyası tərəfindən törənir.
Sistit zamanı da analiz və USM mütləqdir. 7 günlük antibakterial müalicədən sonra nəticə verməsə, əlavə müayinələr aparılmalıdır”, - uroloq həkimlər qeyd ediblər.
- Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
- İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
- Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər - VİDEO
- 67 yaşında özünə toy edən general gənclərə nümunədir
- Rövşən Pənahlı da işdən çıxarıldı
- Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı
- Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video
- Vahid Ələkbərovun sərvəti açıqlandı