Son günlər insanlar bir-birinə, ya da hansısa əşyaya toxunduğu zaman “elektrik vurması” şikayəti ilə bizə müraciət edirlər. Hər bir canlı orqanizm, hətta cansız əşyalar belə müsbət və ya mənfi enerji ilə yüklənə bilərlər.
Bu sözləri BUTA.TV-a açıqlamasında terapevt Sübhan Hacıyev deyib.
Hacıyev bildirib ki, bu elektriklənmə hansısa bir həyati təhlükə, ya da daxili orqanlarda fəsad yaratmır:
“Bu hiss insanlarda olan gərginliklə əlaqəlidir. Gərginlik müəyyən enerji yükünü artırır. Bizim orqanizmimizdə yığılıb qalan enerji yükünü digərinə ötürdüyümüz zaman isə bu cür elektriklənmələr olur. Bu xüsusi ilə yun, sintetik, rezin kimi əşyalara toxunduğumuz zaman baş verir. Təbii ki, belə hal diskomfort yaradır”.
Terapevt qeyd edib ki, bu kimi halların baş verməməsi üçün insanlarımızda birinci növbədə gərginliyi və stressi azaltmaq lazımdır:
“Bunun üçün sərin duşlardan istifadə etmək və ayaqyalın torpaqda gəzmək lazımdır ki, yığılıb qalan statik enerji bədənimizi yüklü hala gətirib çıxarmasın”.
- 55 saat dayanmadan üzüb tarix yazdı - Video
- Yaşamaq üçün ən ideal ölkə açıqlandı
- “Əlimyandı” satılan evlər: Alıcılar belə aldadılır...
- Qardaşı oğlu ilə dənizdə batan Arisin - Fotosu
- Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı