Kişilər üçün hansı kriteriyalar tələb olunursa, gender bərabərliyinə uyğun olaraq qadınlarda da eyni əsaslar tələb olunur. Minaaxtaran şəxslərdə əsas diqqət edilən məqamlar psixoloji və fiziki cəhətdən sağlamlıq, təlimlərdə yüksək nəticələr göstərmək və imtahanların uğurla verilməsidir. Bundan sonra həmin şəxslər işə qəbul olunur.
BUTA.TV xəbər verir ki, bu sözləri “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi sədri Hafiz Səfixanov Globalinfo.az-a minaaxtaran qadınların hansı əsaslarla seçilməsinə dair sualı cavablandırarkən deyib.
"Noyabrın 28-də Azərbaycanın minaaxtaran qadınlarının sertifikatlaşdırılması baş tutmuşdu. Həmin şəxslər sadalanan kriteriyalara uyğun idilər.
İngiltərənin Minalar üzrə Məsləhət Qrupunun (MAG) mütəxəssisləri tərəfindən Tərtərdə qadın minaaxtaranlara təlim keçirilib. Sentyabr ayında isə mina təmizləmə prosesinin monitorinqi baş tutub. Həmin qadınlar kişilərlə çiyin-çiyinə minaların təmizlənməsində iştirak ediblər.
Hazırda 28 mina təmizləyən qadın fəaliyyət göstərir. Təlimlərə cəlb olunan 40 qadından yuxarıda sadalanan kriteriyalara uyğun olan 28 nəfər qaldı. Onlar da bu gün mina təmizləmə prosesində iştirak edirlər”, - deyə o bildirib.
- “Əlimyandı” satılan evlər: Alıcılar belə aldadılır...
- Qardaşı oğlu ilə dənizdə batan Arisin - Fotosu
- Evinə gələn kuryeri sevindirdi - Gündəm oldu+Fotolar
- Bu küçələrdə vəziyyət dəyişəcək - Rəsmi
- Əmi və qardaşı oğlu dənizdə batdı - Uşağın axtarışı davam edir
- Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı
- Kamran Əsədovla qaynının işi böyüyür - 125 min hara gedib?
- Bu məhsullarla bağlı qərar qiymətlərə necə təsir edəcək? - Video