DGK-dan mallara görə limitin endirilməsi ilə bağlı açıqlama

18:56 - 2 Dekabr 2023 - GÜNDƏM

 DGK-dan mallara görə limitin endirilməsi ilə bağlı açıqlama

Son günlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində vətəndaşlar tərəfindən şəxsi istifadə üçün beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə ölkəyə xaricdən gətirilən mallara görə qanunvericilikdə müəyyən olunan limitin 300 ABŞ dollarından 150 ABŞ dollarına endiriləcəyi ilə bağlı müzakirələr aparılır.

Bu barədə BUTA.TV-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Dövlət Gömrük Komitəsi qeyd edir ki, səsləndirilən iddiaların heç bir əsası yoxdur, vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol