ABŞ-ın “Scientific American” jurnalı Pentaqonun Qarabağdakı müharibə təcrübəsini öyrənərək, PUA-ları təkmilləşdirdiyini yazıb.
BUTA.TV xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Məqalədə Pentaqonun Azərbaycanın Qarabağda apardığı 44 günlük müharibə təcrübəsindən PUA-ların sürü hücumlarına qarşı effektiv silahlar hazırlamaq üçün əsas kimi istifadə etdiyi bildirilib. Qeyd edilib ki, gələcək müharibələrdə “arı sürüsü” üsulu ilə PUA hücumu qələbənin açarı ola bilər.
Araşdırmada eyni zamanda oktyabrın 7-də HƏMAS yaraqlılarının genişmiqyaslı hücum zamanı İsrail radarlarını çaş-baş salmaq üçün məhz bu taktikaya əməl etdiyi bildirilib.
“Qəfil hücumun ilk saatlarında HƏMAS İsrailin müşahidə qüllələrinə və müşahidə kameralarına PUA-lar ilə koordinasiyalı zərbələr endirdi. Bu hücumlar İsrail ordusunun Qəzza zolağında müşahidə qabiliyyətini korlamaq, beləliklə də silahlıların ölkə ərazisinə girməsi üçün yol açmaq məqsədi daşıyırdı”, - məqalədə qeyd olunub.
- Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
- Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib
- Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!
- Vardanyan barədə sənədli film hazırlandı - Video
- Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın
- Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video
- Zəngəzur dəhlizi bir neçə məqsədə nail olacağıq - Əmirbəyov